17 avq 10:47region

Azərbaycanlı Latviyada deputatlığa namizəd oldu

Azərbaycanlı Latviyada deputatlığa namizəd olduƏslən Gürcüstanın Borçalı rayonundan olan 1989-cu il təvəllüdlü Asif İbrahimov Latviya Seyminə növbəti seçkilərdə iştirak edəcək.

Oxu.az xəbər verir ki, 1996-cı ildən Latviyada yaşayan və sahibkarlıqla məşğul olan A.İbrahimovun namizədliyi ölkədə populyar olan Sosial-Demokratik Partiya tərəfindən irəli sürülüb.

Son parlament seçkilərində məhz bu partiya qalib gəlib.

Latviya parlament respublikasıdır. Seymə növbəti seçkilər oktyabrın 6-da keçiriləcək.
loading...
XƏBƏR LENTİ
Dünən, 19:52