15 avq 11:14region

İrəvanda "mavi"lər polisə hücum etdi, onları döydülər

İrəvanda "mavi"lər polisə hücum etdi, onları döydülərCinsi azlıqlar onlara söyəni tapmaq istəyiblər.

Ermənistanın paytaxtında cinsi azlıqlar polis bölməsinə hücum ediblər. İstiPress-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, homoseksuallar mərkəzi idarədə iki polis əməkdaşını da döyüblər.

İnsidentin səbəbi bir nəfərin cinsi azlıqlara hücum etməsi olub. Şübhəli şəxs tutulub. "Zərərçəkmiş" tərəf onun mərkəzi idarəyə aparıldığını bilib və o içəri daxil edilən zaman münaqişə yaranıb. Möhkəm səs-küydən sonra yaxınlıqda yaşayanların da küçəyə çıxıb. Bundan sonra vəziyyət bir az da gərginləşib.

Polisin onları sakitləşdirmək cəhdləri uğursuz olub. Bu zaman qadın kimi geyinən, əslində isə kişi olan şəxslər, onların tərəfdarları saxlanılan şəxsi tapmaq üçün bölməyə daxil olublar.

Toqquşma zamanı iki polisə bədən xəsarətləri vurulub. Onlardan biri xəstəxanaya aparılıb.
loading...
XƏBƏR LENTİ