10 avq 12:47region

Sərkisyanın Xankəndiyə qəfil səfərinin – Səbəbi

Sərkisyanın Xankəndiyə qəfil səfərinin – SəbəbiSerj Sərkisyan da həbs təhlükəsi altındadır.

Bu sözləri Axar.az-a Ermənistanın keçmiş prezidenti Serj Sərkisyanın Dağlıq Qarabağa səfərini şərh edən millət vəkili Rasim Musabəyov deyib. Deputat Sərkisyanın Xankəndiyə qəfil səfərinin səbəblərinə belə aydınlıq gətirib:

“Birincisi, Qarabağ klanının əsas arxası Qarabağ separatçılarıdır. Orada hazır silahlı qüvvə var və lazım gələrsə, bundan Paşinyana təzyiq üçün istifadə etmək mümkündür. İkincisi, səfərin Köçəryanın həbsi ilə bağlı olduğunu düşünmürəm. Sərkisyan Köçəryanın rəqibi idi, onun hakimiyyətə qayıtmasının bütün yollarını kəsmişdi. Düzdür, hər ikisi Qarabağ klanının üzvü olsa da, son illər daha çox rəqib kimi görünürlər. Üçüncüsü, Sərksiyan Qarabağa gizlənmək üçün də gedə bilər. Çünki Sərkisyan da həbs təhlükəsi altındadır. Ermənistan parlamenti Sərkisyanın toxunulmazlığını götürərək onu istintaqa cəlb edə bilər”.

Qeyd edək ki, Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan İtaliyadan Ermənistana qayıdıb.

Sərkisyanın İrəvandan birbaşa Azərbaycanın işğal altından olan Xankəndi şəhərinə gəldiyi və artıq 3 gündür Xankəndidə olduğu bildirilir.
loading...
XƏBƏR LENTİ
20-05-2019, 19:21
SORĞU