18 iyl 11:53region

Ermənistanda yeni Qarabağ görüşü

Ermənistanda yeni Qarabağ görüşü Petrosyan Paşinyana nə dərsi keçdi?

Ermənistanın baş naziri Nikol Paşinyan Levon Ter Petrosyan ilə Qarabağ problemini müzakirə edib. Ermənistan baş naziri ölkənin birinci prezidenti ilə görüşüb. "Sputnik"in məlumatına görə, görüş Petrosyanın təşəbbüsü ilə baş tutub.

Məlumata görə, ölkənin ilk prezidenti Ermənistanın qarşısındakı problemlərdən çıxış yolu üçün öz şərtlərini açıqlayıb.

Lakin görüşün detalları haqqında əlavə heç bir məlumat verilmir. Bu isə onun hansı şəraitdə keçdiyi barədə xəbər verir. Erməni politoloq Akop Badalyanın sözlərinə görə, ikitərəfli susqunluq müzakirə edilən heç bir məsələ ilə bağlı ortaq məxrəcə gəlinmədiyini sübut edir.

Xatırladaq ki, Levon Ter Petrosyan ölkə rəhbərliyinin ilk zamanlarından özünün Qarabağ məsələsindəki mövqeyi ilə seçilir. Hələ 2017-ci ildəki parlament seçkisi zamanı öz çıxışında mövqeyinin dəyişmədiyini əks etdirən çıxışlar edirdi.

2016-ci ildə ermənilərin darmadağın edildiyi dördgünlük aprel savaşından sonra belə onun mövqeyində dəyişikliyin olmaması erməniləri hiddətləndirmişdi.

Ter-Petrosyan ATƏT-in Minsk qrupunun təklif etdiyi "mərhələli həll" variantının Ermənistan üçün məqbul ola biləcəyini düşünürdü. Əslən Qarabağdan olan, güc nazirləri və baş nazir buna qarşı idilər.
loading...
XƏBƏR LENTİ