18 iyl 10:19region

Anasını öldürdü, sonra soyunub küçəyə çıxdı – Video

Anasını öldürdü, sonra soyunub küçəyə çıxdı – VideoTürkiyədə anasını qətlə yetirən şəxs sonradan polisə çətin anlar yaşadıb.

APA TV-nin “CNN Türk”ə istinadən verdiyi xəbərə görə, insident İstanbulun Əyyubsultan rayonunun Bülbüldərə prospektində baş verib.

Həmin prospektdəki evlərində anası Türkan Uyğunu bıçaqlayaraq öldürən Mehmed Bahadır Uyğun sonradan xanımını və uşaqlarını bir taksi ilə yola salıb. Özü isə çılpaq vəziyyətdə küçəyə çıxıb. Əlində bıçaq küçə ilə hərəkət edən Uyğun ətrafdakıları da hədələyib. Yaxınlıqdakı iki polis bıçaqlı şəxsi saxlamaq istəsə də, buna nail ola biməyiblər. Mehmet Bahadır Uyğun bıçaqla onlardan birini yaralayıb.

Qısa bir zamanda hadisə yerinə başqa polislər və ətrafdakı sakinlər də toplaşıb. Bıçaqlı şəxs ayağından vurularaq zərərsizləşdirilib. Daha sonra isə xəstəxanaya aparılıb. Hazırda polis hadisə ilə bağlı araşdırma aparır
loading...
XƏBƏR LENTİ