21 apr 17:35region

Əlikram Hümbətov Dağlıq Qarabağa səfər edib

Əlikram Hümbətov Dağlıq Qarabağa səfər edibÖzünü separatçı “Talış-Muğan Respublikası”nın “prezidenti” elan etmiş və hazırda Hollandiyada yaşayan Əlikram Hümbətov Dağlıq Qarabağa səfər edib.

Avrasiya.net erməni KİV-ə istinadən xəbər verir ki, Əlikram əvvəlcə İrəvana gedib, orada bir neşə saat qaldıqdan sonra işğal altında olan torpaqlarımıza səfər edib. Onun Dağlıq Qarabağda Karen Zakaryan adlı erməni QHT sədri ilə görüşdüyü də bildirilib. Karen Zakaryanın isə Fransadan gəldiyi söylənilir.

Ə.Hümbətovun Azərbaycan ordusu qarşısında diz çökən erməniləri ziyarət etməkdə məqsədi hələlik açıqlanmır. Amma onun Dağlıq Qarabağda çox qalmadığı da yazılır, bunu isə səhhətinin pisləşməsi ilə bağlayıblar.

Xatərladaq ki, Ə.Hümbətov 2013-cü il sentyabrın 24-də də İrəvana separatçı Talış-Muğan Respublikasının prezidenti kimi səfər edib. Həmin zaman İrəvan Dövlət Unversitetinin iranşünaslıq kafedrasında talışşünaslıq üzrə magistr pilləsinin açılışını edib və daha sonra işğal altında olan Dağlıq Qarabağa səfər edərək Xankəndində yerləşən unversitetlərin birində çıxış edib.

Fotoda Ə.Hümbətov ötən ilin avqustunda ölən L.M.Şahnazaryanladır.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ