19 iyn 22:18region

Ermənilərin aprel döyüşləri barədə yeni etirafı

Ermənilərin aprel döyüşləri barədə yeni etirafıAprel döyüşləri zamanı əhalisi qaçmış Talış kəndini Azərbaycan əsgərləri yox, həbs olunmuş general Manvel Qriqoryanın rəhbərlik etdiyi “Erkrapa” silahlı birləşməsinin əsgərləri talayıblar.

İstiPress-in məlumatına görə, bu barədə Ermənistanın “Lragir” portalı parlamentdə Manvel Qriqoryanın həbsinə icazə ilə bağlı müzakirələrdən yazarkən bildirib.

Partiya yoldaşları Manvelin Qarabağda göstərdiyi “xidmətlərdən” danışarkən Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları “Erkrapa” təmsilçilərinin “xidmətlərini” sadalayıblar. Sən demə, general və silahdaşları Talışdan bir neçə “Uaz” aparmaqla yanaşı, Cəbrayılda erməni zabitlərin boş qalmış evlərini də talayıblar.

Beləliklə, erməni KİV-lərinin aprel döyüşlərində yaşlı erməni könüllülərinin göstərdiyi “şücaətlər” barədə cəfəngiyyat uydurması burda başa çatdı. Manvel Qriqoyan apreldə Qarabağa 3 min əsgər yox, 3 min talançı aparıbmış. Onun 1990-cı illərdə Fizuliyə hücum zamanı azərbaycanlılara məxsus evlərlə yanaşı, ermənilərə məxsus evləri də talaması faktları parlamentdə səsləndirib.

Qeyd edək ki, aprel döyüşləri zaman Azərbaycan tərəfi dəfələrlə bəyan etmişdi ki, ordumuz Talışa girməyib. Amma erməni KİV-ləri və onlara havadarlıq edən Rusiya KİV-ləri Azərbaycan ordusunun Talışda göstərdiyi “vəhşiliklər” barədə hekayələr uydururdu. Bu hekayələrin mərkəzində Talış kəndində Halalyan ailəsinə məxsus iki yaşlı qadını və bir qocanın öldürülməsi idi. Halbuki faktlar göstərirdi ki, onlar tanış adamlar yaxın məsafədən, yeməkdən sonra vurublar. “Erkrapa” nın əl işi özünü göstərirdi. Buna görə də erməni tərəf bu barədə heç vaxt ciddi ittiham səsləndirmədi. Amma Rusiyada ermənipərəst KİV-lər məsələni xeyli şişirtdilər.

Belə rus KİV-lərindən biri də “Regnum” portalıdır. Portalın vətəndaşı olduğu Rusiyadan çox Ermənistan üçün çalışan əməkdaşı Stanislav Tarasov «Paşinyan artıq Əliyevə etibar etmir» başlıqlı məqalədə iddia edir ki, sən demə, Azərbaycan ordusunun Naxçıvanda Günnüt kəndini işğaldan azad etməsi, əslində, Ermənistan ordusunun etibarından sui-istifadə nəticəsində baş tutub. Guya ermənilər azərbaycanlılara qəbirləri ziyarət etmək üçün icazə veribmiş, Azərbaycan ordusu da bundan istifadə edib və orada yeni mövqelə tutub.

Məqalədən aydın görünür ki, müəllif ermənipərəst mövqedən çıxış edir. Hazırda hətta körpə uşaq da bilir ki, Paşinyan dəridən-qabıqdan çıxır ki, onu Qarabağ məsələsində Serj Sarkisyandan da çox militarist mövqeli saysınlar. Ermənistanın vaxtında əsgərlikdən qaçmış baş naziri indi hakimiyyətə gəldiyi bir ay ərzində iki dəfə Qarabağa, iki dəfə də Rusiyadakı ağalarının yanına gedib. Dünənə kimi Rusiyanı söyən, Avrasiya İttifaqından çıxmağı təbliğ edən kəmsavad siyasətçi indi arsız-arsız Erebunidə rus qırıcısının içində oturub selfi edir və bu təyyarələrdən Ermənistan üçün almaq istədiyini deyir, yəni Rusiyadan asılılığın daha da dərinləşəcəyinin anonsunu verir və s. Halbuki bir ay qabaq mitinqlərdə çıxış edərək Ermənistanı tam müstəqil edəcəyini deyirdi.
loading...
XƏBƏR LENTİ
Dünən, 13:10