17 iyn 18:29region

Azərbaycanlının restoranında dava: Ərəblərlə dalaşdılar – Səbəb

Azərbaycanlının restoranında dava: Ərəblərlə dalaşdılar – SəbəbSrağagün Rusiyanın Yekaterinburq şəhərində dünya çempionatının qrup mərhələsi çərçivəsində keçirilən Misir-Uruqvay matçından sonra xoşagəlməz anlar yaşanıb.

Musavat.com-un məlumatına görə, oyundan sonra Yekaterinburqun mərkəzində yerləşən “Perekryostok” restoranında ərəblərlə cənubi amerikalılar arasında dava düşüb. Təsadüfən resotarana hər iki tərəfin azarkeşləri gəliblər.

Mənbəmizin dediyinə görə, əslində hər şey qaydasında imiş. Amma uruqvaylılardan biri ərəblərə atmaca ataraq onları qızışdırıb. Bundan sonra dava başlayıb. Amma qısa zamanda tərəfləri sakitləşdirmək mümkün olub.

Qeyd edək ki, Yekaterinburqun Aviatorlar küçəsində yerləşən bu restoran “Şəhriyar MMC”-yə məxsusdur. Obyektin sahibi isə Əzimov İslam Şahab oğludur. Onun şəhərdə eyni adlı bir neçə obyekti var.
loading...
XƏBƏR LENTİ
Dünən, 13:10