13 iyn 19:29region

Mer həbs edildi, deputatımız isə mandatını itirə bilər - Prokuror

Mer həbs edildi, deputatımız isə mandatını itirə bilər - ProkurorAvrasiya.net xəbər verir ki, Kvemo Kartli prokurorluğunda prokuror Carci Ciklauri bir neçə dəqiqə öncə keçirdiyi brifinqdə qeyd edib ki, Marneuli meri Temur Abazovu 5 ildən 10 ilədək azadlıqdan məhrum edilmə cəzası gözləyir. Bundan başqa Temur Abazovla birlikdə həmin hadisədə iştirak edən digər şəxslər, Ramin Allahverdiyev və E.Q. adlı şəxsi 2 il azadlıqdan məhrum edilmə cəzası, parlamentin üzvü Azər Süleymanovu isə ilkin mərhələdə vəzifəsindən kənarlaşdırılma və daha sonra isə 2 illik azadlıqdan məhrum edilmə cəzası gözləyir.

Qeyd edək ki, zərərçəkmiş şəxs aksiyada iştirak etdiyi gün axşam saatlarında "Vahid Milli Hərəkat" partiyasının Marneulidəki əsas nümayəndəsi Rəhim Əsgərov partiyanın ofisinə çağırıb. Ofisdə eyni zamanda parlamentin deputatı Azər Süleymanov, bələdiyyə şurasının və "Gürcü Arzusu" partiyasının üzvü Ramin Allahverdiyev və Temur Abazovun qohumu E.Q. olub. Həmin şəxslər zərər çəkmiş Elçin Allahveriyevi fiziki olaraq alçaldıblar.
loading...
XƏBƏR LENTİ
Dünən, 09:51