24 may 15:32region

5 nəfəri güllələyib intihar etdi - Rusiyada dəhşət

5 nəfəri güllələyib intihar etdi - Rusiyada dəhşətRusiyanın Yakutiya bölgəsində dəhşətli qətl olub.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, yerli sakin 5 həmkəndlisini öldürüb.

Ölən şəxslər ayrı-ayrı ailələrin üzvü olublar. Təqsirkar əvvəlcə qonşu evə gedərək ailə başçısı və oğlunu güllələyib. Sonra digər qonşunun evinə yollanaraq orada qadın və uşağını öldürüb. Cinayətkar atəş səsinə evə gələn digər qonşunu da güllələyərək öldürüb.

Cinayəti törətmiş şəxs sonra intihar edib.

Hadisədə təqsirkar olan şəxsin həmin kənddə artıq 10 ildir yaşadığı bəlli olub.

Faktla bağlı araşdırmalar başladılıb.
loading...
XƏBƏR LENTİ