23 may 09:41region

ABŞ İrəvana milyonlar ayırmağa hazırlaşır

ABŞ İrəvana milyonlar ayırmağa hazırlaşırABŞ Ermənistana islahatlar keçirməsi üçün 140 milyon dollar həcmində maliyyə yardımı ayrılması məsələsini yenidən nəzərdən keçirməyə hazırdır.

Axar.az xəbər verir ki, bu sözlər ABŞ-ın Dövlət katibi Mayk Pompeonun Amerika Erməni Milli Komitəsinə (ANCA) göndərdiyi məktubda yer alıb.

“Biz Ermənistana “Minilliyin çağırışı”nın xətti ilə qrantın ayrılması məsələsinə baxmağa hazırıq. Ermənistan pozitiv dəyişiklikləri, ölkədə baş verənlər haqqında informasiyanı layihəyə təqdim edilən ərizədə qeyd etməlidir”, – deyə o bildirib.

Qeyd edək ki, ABŞ bundan öncə Ermənistana maliyyə yardımını minimuma endirib. Paşinyanın hakimiyyətə gələndən sonra isə ANCA Konqresdəki fəaliyyətini aktivləşdirib və Ermənistanda çevrilişin olmasından istifadə edərək, yardımın artırılmasına nail olmağa çalışır.
loading...
XƏBƏR LENTİ