22 may 10:17region

Vaşinqton İranda rejimi devirmək istəyir

Vaşinqton İranda rejimi devirmək istəyirBu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. O bildirib ki, ABŞ Dövlət katibi Mayk Pompeonun İranla yeni razılaşma imzalanması üçün Tehrana 12 şərt irəli sürməsi məşhur lətifədəki “daha deyin ki, mənə paraşüt vermək istəmirsiz” yanaşmasına bənzəyir.

“İran hipotetik olaraq bu şərtləri yerinə yetirsə belə, Vaşinqton Tehranın yaxasını buraxmayacaq. Vaşinqtonun İranla nüvə anlaşmasından çıxmasının qonşu ölkənin gizli şəkildə nüvə silahı hazırlıqları ilə əlaqəsi yoxdur. Bunu Mayk Pompeonun bu sözləri də təsdiq edir: "İran bir seçim etmək məcburiyyətində qalacaq: ya öz iqtisadiyyatını düşünməli, ya da öz resurslarını xaricdəki müttəfiqlərinə sərf etməlidir". Bu sözlər və Pompeonun çıxışında İran Prezidenti Həsən Ruhanini bir neçə dəfə tənqid etməsi, o cümlədən, İran xalqının hakimiyyətinə qarşı çıxması ibarələri Vaşinqtonun əsas dərdinin nüvə silahı olmadığından xəbər verir".

Politoloq vurğulayıb ki, rəsmi Vaşinqton İranda rejim dəyişikliyinə nail olmaq istəyir:

"Yəni rejimi dəyişsələr, İranla bağlı bütün regional problemlərdən qurtulacaqlarını düşünürlər. Vaxtilə Səddam Hüseyni devirəndə də eyni nəticəyə ümid edirdilər. Nəticə göz qabağındadır”.

Qeyd edək ki, ABŞ Dövlət katibi Mayk Pompeo ABŞ-ın nüvə müqaviləsindən geri çəkilməsindən sonra Tehranla yeni razılaşma əldə edilməsi üçün 12 şərt irəli sürüb.
loading...
XƏBƏR LENTİ
16-06-2018, 13:40