22 may 10:09region

İranda may qiyamı: onlarla azərbaycanlı şəhid oldu - Anım

İranda may qiyamı: onlarla azərbaycanlı şəhid oldu - AnımBu gün 2006-cı ildə Güney Azərbaycanda baş vermiş May Qiyamından 12 il ötür.

Kult.az xatırladır ki, İran dövlətinin rəsmi orqanı olan “İran” qəzeti 12 may 2006-cı il tarixli sayında türkləri böcək kimi təsvir edən karikatura dərc etdi. Buna etiraz edən azərbaycanlılar yaşadıqları şəhər və qəsəbələrdə aksiyalara başladılar. Təbriz, Urmiya, Ərdəbil, Sulduz, Mərənd, Xoy, Maku, Miyana, Meşginşəhr və s. kimi şəhərləri qısa müddətdə kütləvi etirazlar bürüdü və bu vəziyyət günlərlə davam etdi.

İran hüquq-mühafizə orqanları gücdən istifadə edərək, dinc aksiyaları dağıtmağa çalışdı. Həmin etirazlarda onlarla soydaşımız İran rejiminin təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində şəhid oldu, yüzlərlə insan yaralandı və xeyli etirazçı həbs edildi.

Bu olaylar dünya mətbuatında da öz əksini tapdı.

2006-cı ilin 22 may hadisələrindən sonra Azərbaycan Milli Hərəkatı yeni bir mərhələyə daxil oldu. Azərbaycanlılar fars şovinizminə qarşı mübarizəni bu gün də var gücü ilə davam etdirir.
loading...
XƏBƏR LENTİ