17 may 18:57region

Yerevanda Paşinyana qarşı etirazlar başladı

Yerevanda Paşinyana qarşı etirazlar başladıErmənistanda “Sasna Tsrer” qruplaşmasının tərəfdarları baş nazir Nikol Paşinyana qarşı etiraz aksiyalarına başlayıblar.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Arşakunyas prospektini bağlayan etirazçılar qrupun lideri Jirayr Səfilyanın və üzvlərinin həbsdən azad olunmasını tələb edirlər.

Xatırladaq ki, baş nazir Nikol Paşinyan Serj Sarkisyanın prezidentliyi dövründə həbs olunan qrup üzvlərinin azadlığa buraxılması məsələsinə soyuq münasibət bildirib. O hətta qeyd edib ki, kimsə bunu ondan gözləyirsə, yanılır.

Paşinyanın bu açıqlamasından sonra “Sasna Tsrer”in tərəfdarları Yerevan məhkəməsinin binasını mühasirəyə alaraq yolları bağlayıblar.

Aksiyaya rəhbərlik edən Pavel Yeqiazaryan bəyan edib ki, məhkəmə müsbət qərar çıxarana qədər binanın mühasirəsini davam etdirəcəklər.
loading...
XƏBƏR LENTİ
21-05-2018, 21:24