17 may 13:55region

Aksiyalar genişlənir: ölən və yaralılar var

Aksiyalar genişlənir: ölən və yaralılar varİranın Fars əyalətində keçirilən etiraz aksiyasında bir nəfər ölüb, 6 nəfər yaralanıb.

Report xəbər verir ki, hadisə mayın 17-də gecə saatlarında baş verib.

Məlumata görə, hökumət əyalətin Kazerun şəhərini iki yerə bölüb. Şəhər sakinləri isə hökumətin bu qərarı ilə razılaşmayıblar və küçələrə çıxaeaq aksiya keçiriblər.

Bu zaman polislə etirazçılar arasında qarşıdurma yaranıb. Nəticədə bir aksiya iştirakçısı ölüb, 6-sı yaralanıb.

Dövlət rəsmiləri hadisəyə hələki münasibət bildirməyiblər.
loading...
XƏBƏR LENTİ
21-05-2018, 21:24