17 may 12:20region

Ərdoğan mövqeyini qoruyur, müxalifət isə güclənir - Sorğu

Ərdoğan mövqeyini qoruyur, müxalifət isə güclənir - SorğuTürkiyədə prezident seçkisi yaxınlaşdıqca müxalifətin səs faizləri artır.

Axar.az xəbər verir ki, bu barədə məlumatı “Remres” şirkəti keçirdiyi sorğudan sonra yayıb. Sorğu iştirakçılarının 42,1%-i prezident seçkisi keçiriləcəyi təqdirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana səs verəcəklərini bildirib. Ondan sonrakı yerlərdə CHP namizədi Məhərrəm İncə (24,1%), Maral Akşənər (17,1%), Səlahəddin Dəmirdaş (12,6%), Təməl Qaramollaoğlu (3,9%) və Doğu Perinçək (0,2%) qərarlaşıblar.

Prezident seçkisi ikinci tura qalacağı təqdirdə isə vəziyyət bir qədər fərqli olacaq. Belə ki, bu seçkidə Ərdoğana 41,8%, Məhərrəm İncəyə isə 41,3% səs veriləcək.

Respondentlərin 10,2% hələlik bu məsələdə qərarsız olduğunu, 6,7%-i isə səs verməyəcəyini deyib. Məhərrəm İncənin səslərinin qəfil artmasına səbəb isə HDP namizədi Səlahəddin Dəmirdaşın ikinci tura keçməyəcəyi halda onun tərəfdarlarının İncəni dəstəkləyəcəyini bildirmələri olub.
loading...
XƏBƏR LENTİ
21-05-2018, 21:24