16 may 07:28region

Ermənilər Qarabağda müdafiəyə hazırlaşır

Ermənilər Qarabağda müdafiəyə hazırlaşırErmənistan Baş Qərargah rəisi, general-polkovnik Movses Akopyanın Qarabağa gəlməsinin səbəbi aydınlaşıb.

Axar.az xəbər verir ki, Akopyan Ermənistan ordusunun Qarabağ separatçıları ilə birgə hərbi təlimlərini müşahidə edir.

Təlimlər 14 mayda başlasa da, Akopyan ötən gün Qarabağa səfər edib. Onunla birlikdə, Qarabağ separatçılarının “müdafiə naziri” Levon Mnaçakanyan da təlimləri izləyir.

Təlimlərdə ön cəbhəyə hücum zamanı müdafiə və əks-hücumla cavab vermək məşq edilir.

Erməni mediası təlimlərdə məqsədin yeni silahlardan istifadə qaydalarının mənimsənilməsi olduğunu da yazıb.

Qeyd edək ki, ötən gün səhər Qarabağa gələn Akopyan Xankəndində qondarma rejimin rəhbəri Bako Saakyanla görüşmüşdü.
loading...
XƏBƏR LENTİ