14 may 08:18region

Ərdoğandan yəhudilərə: Qüds sizin olmayacaq

Ərdoğandan yəhudilərə: Qüds sizin olmayacaqŞərqi Qüds Fələstinin paytaxtıdır.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Londonda türk vəqfinin təşkil etdiyi toplantıda çıxışı zamanı deyib.

“Qüds İsrailin paytaxtı olacaqmış... Başda ABŞ olmaqla, Qüdsü İsrailin paytaxtı olaraq tanıyacaqlar. Necə tanıyırsınızsa, tanıyın. 128 ölkə mövqeyini ortaya qoydu. Şərqi Qüds Fələstinin paytaxtıdır”, - deyə Ərdoğan bildirib.

Qeyd edək ki, bundan öncə İsrail Baş naziri Benyamin Netanyahu Qüdsün 3 min il ərzində İsrailin paytaxtı olduğunu əsas gətirərək, bu şəhərin hər zaman İsrailin paytaxtı statusunda qalacağını demişdi.
loading...
XƏBƏR LENTİ