12 may 16:44region

Paşinyandan generallarla görüşdə Qarabağın işğalı ilə bağlı GÖZLƏNİLMƏZ ETİRAF

Paşinyandan generallarla görüşdə Qarabağın işğalı ilə bağlı GÖZLƏNİLMƏZ ETİRAFErmənistanın baş naziri Nikol Paşinyan yeni təyin etdiyi müdafiə naziri David Tonoyanı Müdafiə Nazirliyinin kollektivinə təqdim etdiyi zamanı Dağlıq Qarabağla bağlı gözlənilməz etiraf edib.

Publika.az xəbər verir ki, Müdafiə Nazirliyində generalların önündə çıxışı zamanı Paşinyan ordunun siyasətə qarışmamasının vacibliyini bildirib və İrəvanda “məxməri inqilab”ın baş verdiyi günlərdə bunun şahidi olduqlarını vurğulayıb.

Daha sonra o, Dağlıq Qarabağa səfərindən danışıb və qeyd edib ki, “Arsaxda (Dağlıq Qarabağ) artıq bizim ordumuza son siyasi proseslərdə konstitusiyaya uyğun davranış nümayiş etdirdiklərinə görə təşəkkür etdim”.

“Bu, bizim ordumuzun yüksək səviyyəsindən xəbər verir və hesab edirəm ki, belə də davam etməlidir. Ordu siyasi proseslərin, seçkilərin tərəfi olmamalıdır”, - deyə o bildirib.

Paşinyanın bu fikirləri Ermənistanın daxili proseslərinə xitab etsə də, əslində Azərbaycanın işğal edilmiş torpaqlarında erməni hərbi birləşmələrinin yerləşdirildiyi barədə etiraf idi. Çünki rəsmi İrəvan Bakının bütün faktlarına rəğmən, indiyə qədər Qarabağdakı ordunun Ermənistan əsgərləri olmadığını, Xankəndində yaradılan qondarma rejimə məxsus “özünümüdafiə qüvvələri” olduğunu iddia edir. Paşinyanın “Qarabağda bizim ordumuza təşəkkür etdim” sözləri isə Ermənistanın ən yüksək səviyyədə işğalçılıq etirafı hesab oluna bilər.
loading...
XƏBƏR LENTİ
Dünən, 15:42
Dünən, 09:47