10 may 11:12region

Paşinyan Şuşaya gəlirsə, bədəli 10 meyit olsun – Təklif

Paşinyan Şuşaya gəlirsə, bədəli 10 meyit olsun – TəklifErmənistanda 10 dənə prezident və baş nazir dəyişsə də, seçildikdən sonra hər birinin ilk səfər trayektoriyası eyni olacaq.

Avrasiya.net xəbər ki, bu sözləri politoloq Elxan Şahinoğlu Ermənistanın yeni baş naziri Nikol Paşinyanın Azərbaycanın işğaldakı şəhəri Xankəndinə səfərini dəyərləndirərkən qeyd edib. O bildirib ki, Ermənistanda hakimiyyətə gələn şəxs birinci Xankəndinə gələcək, sonra Moskvaya - ağalarının yanına uçacaq:

"Təəssüf ki, Ermənistanda bu trayektoriyanı poza biləcək siyasətçi yoxdur. Ancaq bunu bilə-bilə biz də Ermənistan rəsmilərinin işğal altındakı torpaqlara səfərlərinə seyrçi qalmalı deyilik. Hesab edirəm ki, Ermənistan rəsmilərindən hər hansı birinin torpaqlarımıza qeyri-qanuni səfəri cəbhə bölgəsində gərginliyə səbəb olmalıdır. Gələn də bilməlidir ki, onun hər səfəri 5-10 erməninin ölümü ilə nəticələnir. Bundan sonra "bu qədər ölümə görə Qarabağa getməyə dəyərmi" sualı üzərində qara-qara düşünməlidir".

Qeyd edək ki, Nikol Paşinyan baş nazir olaraq ilk səfərini Azərbaycanın işğal altında olan torpaqlarına edib. Səfər zamanı o, Xankəndi ilə bərabər, Şuşaya da gedib.
loading...
XƏBƏR LENTİ
Bu gün, 15:30