06 may 10:10region

Erməni ordusu Qarabağda hazır vəziyyətə gətirildi - Özünüifşa

Erməni ordusu Qarabağda hazır vəziyyətə gətirildi - ÖzünüifşaSaakyanın Qarabağdakı erməni hərbi birləşmələrinin rəhbərliyi ilə görüşü Qarabağ mövzusunun daxili siyasi alətə çevirilməsi cəhdi kimi qiymətləndirilə bilər.

Bu sözləri Axar.az-a Ermənistanda daxili gərginlik fonunda Qarabağdakı erməni hərbiçilərinin hazır vəziyyətə gətirilməsi ilə bağlı danışan fəlsəfə doktoru Elxan Ələsgərov deyib. Politoloq bildirib ki, Qarabağ klanı Dağlıq Qarabağdakı hərbi vəziyyətdən Paşinyana bir təzyiq vasitəsi kimi istifadə edir:

“Yəni Qarabağ klanı ermənilərə hədə-qorxu gəlir ki, Paşinyan hakimiyyətə gəlsə, Dağlıq Qarabağ əldən gedəcək. O üzdən Bako Saakyanın bu görüşü Qarabağ mövzusunun daxili siyasi alətə çevirilməsi cəhdi kimi qiymətləndirilə bilər. Erməni şərhçilər də Qarabağ mövzusunun İrəvandakı daxili siyasi çəkişmələrdə təzyiq aləti kimi istifadə edilməsini təsdiqləyirlər. Faktiki olaraq bununla məkrli siyasətlərini təkcə Azərbaycanda yox, hətta Ermənistanda da ifşa etmiş oldular. Qarabağ klanının bir nümayəndəsi olan Bako Saakyan hazırda çox fəallaşsa da, onlar uğursuzluğa düçar olacaqlar. Saakyanın erməni hərbi birləşmələrinin rəhbərliyini toplaması İrəvandakı parlament iclasından öncə ölkədəki xalq hərəkatına qarşı bir təzyiq vasitəsidir və hesab edirəm ki, Ermənistan hərbi-siyasi rəhbərliyinin cəhdi bu dəfə də nəticəsiz qalacaq”.

Politoloq son günlər Ermənistandakı əsgər ölümlərinin artmasını ordudakı gərgin psixoloji vəziyyət, aclıq və səfalətlə əlaqələndirib:

“İrəvan heç bir fürsəti əldən vermir və bu faktları gizlədərək Azərbaycana qarşı istifadə etməyə çalışır. Ancaq bütün cəhdlərə baxmayaraq, cəbhədə hərbi vəziyyət Azərbaycanın tam nəzarəti altındadır”.

Qeyd edək ki, Qarabağ separatçılarının rəhbəri Bako Saakyan aprelin 3-də separatçı rejimin “müdafiə nazirliyi”ndə müşavirə keçirib. Saakyan təmas xəttindəki vəziyyəti müzakirə edib və erməni ordusunun hazır vəziyyətə gətirilməsi ilə bağlı göstəriş verib.
loading...
XƏBƏR LENTİ
22-06-2018, 15:27