04 may 19:34region

Tacıkistandakı beynəlxalq konfransda erməni işğalından danışılıb

Tacıkistandakı beynəlxalq konfransda erməni işğalından danışılıbTacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində 3-4 may 2018-ci il tarixində “Terrorizmə və zorakı ekstremizmə qarşı mübarizə” adlı beynəlxalq konfrans keçirilib.

Azərbaycanın Tacikistandakı səfirliyindən Avrasiya.net-ə verilən məlumata görə, konfransda Tacikistan Respublikasının Prezidenti Emomali Rahmon, BMT-nin Baş katibinin müavini, BMT-nin terrorizimlə mübarizə idarəsinin rəhbəri Vladimir Voronkov, ATƏT-in Baş katibi Tomas Qreminqer və bir neçə ölkənin xarici işlər nazirləri çıxış ediblər.

Beynəlxalq konfransda Azərbaycan Respublikasını xüsusi tapşırıqlar üzrə səfir Azər Hüseyinin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Konfransda terrorizmə və zorakı ekstremizmə qarşı mübarizədə beynəlxalq səviyyədə əməkdaşlığın gücləndirilməsinin bu gün dünyada baş verən proseslərlə əlaqədar getdikcə daha çox aktuallıq kəsb etdiyi, Azərbaycan Respublikasının terrorizmə və zorakı ekstremizmə, separatizmin bütün təzahürlərinə qarşı beynəlxalq səviyyədə aparılan mübarizənin önündə gedən ölkələrdən biri olduğu vurğulanıb.

Terrorizmin və zorakı ekstremizmin dağıdıcı nəticələrinin Azərbaycandan da yan keçmədiyi qeyd olunaraq bildirilib ki, məhz millətçi ekstremizm və ondan qidalanan təcavüzkar separatizm ucbatından bu gün ölkəmizin 20 faiz ərazisi Ermənistan Respublikası tərəfindən işğal edilib. BMT qərarlarına məhəl qoymayan bugünki Ermənistan hakimiyyəti terrorizmi və zorakı ekstremizmi dövlət səviyyəsinə qaldırmış, Azərbaycan xalqına qarşı soyqrımı törədib.

Azərbaycan Respublikasının beynəlxalq terrorizmə, zorakı ekstremizmə və separatizmə qarşı mübarizə sahəsində bütün beynəlxalq müqavilələrə qoşulduğunu, ikitərəfli və çoxtərəfli dövlətlərarası sazişlərə uyğun olaraq nüfuzlu beynəlxalq təşkilatlarla və xarici ölkələrin hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etdiyi konfrans iştirakçılarının diqqətinə çatdırılıb. Konfransın işində Azərbaycanın Tacikistandakı səfiri Həsən Məmmədzadə və ölkəmizin müvafiq qrumlarının rəsmi nümayəndələri iştirak ediblər.
Tacıkistandakı beynəlxalq konfransda erməni işğalından danışılıb
loading...
XƏBƏR LENTİ
21-05-2018, 21:24