03 may 11:38region

Rusiya Ermənistana hərbi müdaxilə etməyə hazırlaşır

Rusiya Ermənistana hərbi müdaxilə etməyə hazırlaşırTeleqraf.com xəbər verir ki, bu iddia Ermənistan KİV-də yer alıb.

Erməni mənbələrinin iddialarına görə, bu ölkədə anti-hakimiyyət nümayişlərinin qarşısını almaq istəyən Rusiyanın yüksək dairələrində bununla bağlı yekun qərar verilib.

Mənbələr müzakirələrdə keçmiş prezident Serj Sərkisyan və Dağlıq Qarabağdakı separatçıların lideri Bako Saakyanın da iştirakçı olduğunu bildirir. Etirazçılar və hakimiyyət arasında neytral mövqedə qalmış hazırkı prezident Armen Sərkisyanın da təzyiq və təhdidlər vasitəsilə plana daxil edildiyi ehtimallar arasındadır.

Qeyd edilir ki, söhbət Rusiyanın açıq hərbi müdaxiləsindən getmir.

Etiraz aksiyalarının qarşısını almaq istəyən Rusiya bu məqsədlə Gümrüdə yerləşən 102-ci hərbi bazadakı Silahlı Qüvvələrin xidmətindən istifadə edə bilər. Erməni KİV-in iddiasına görə, Rusiyaya məxsus Silahlı Qüvvələr Ermənistan silahlı birləşmələri adı altında etirazları yatırmağa cəhd edəcək. Bu baxımdan son günlər Gümrüdəki bazada başlayan hazırlıq işlərindən söhbət açılması təsadüfi hesab edilmir.

Rusiyanın hərbi müdaxilə ehtimalını gündəmə gətirən mənbələr Kremlin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sensasion sayılacaq “böyük dəyişiklik”lərdən də bəhs edirlər. Ehtimal edilir ki, Rusiya öz maraqlarına xidmət edən siyasi qüvvələri yenidən hakimiyyət kürsüsünə qaytarmaq üçün nümayişlərin qarşısını sakitliklə də ala bilər ki, burada Kremlin istifadə edəcəyi əsas kart Qarabağla bağlıdır.

Mitinq təşkilatçılarını Qarabağı Azərbaycana qaytarmaqla hədələyən Rusiyanın hakimiyyət dairələri bu xəbərdarlıqlarının işə yaramadığını gördükdə hərbi müdaxilə variantını nəzərdən keçirməyə başlayıb.
loading...
XƏBƏR LENTİ
19-10-2018, 16:36