28 apr 10:17region

Karapetyan Paşinyanın Qarabağ eyhamına cavab verdi

Karapetyan Paşinyanın Qarabağ eyhamına cavab verdiPaşinyan yaxşı diplomat deyil.

Axar.az xəbər verir ki, bu sözləri “Şant” televiziyasına müsahibəsində Ermənistan Baş nazirinin səlahiyyətlərinin müvəqqəti icraçısı Karen Karapetyan deyib.

“Mən cənab Paşinyanın danışıqlar aparmaqda böyük təcrübəsi olub-olmadığını bilmirəm, amma özümün danışıqlar aparmaqla bağlı maraqlı təcrübəm var. Təcrübəm fərqli istiqamətləri əhatə edir. İndiyə qədər danışıqlar prosesini uduzmamışam. Yaxşı natiq olmaq hələ yaxşı diplomat olmaq demək deyil”, – deyə o bildirib.

Qeyd edək ki, bundan öncə Paşinyan demişdi ki, Karapetyan onunla danışıqlara girməkdən qorxur, Qarabağ danışıqlarını necə aparacaq?
loading...
XƏBƏR LENTİ