26 apr 10:09region

Putin Qərbə ismarış yolladı: İrəvandakı olaylar...

Putin Qərbə ismarış yolladı: İrəvandakı olaylar...Kremldə anlayıblar ki, Ermənistanda küçə hakimiyyəti formalaşır və bu, uzun müddət davam edə bilər.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. O bildirib ki, Moskva Serj Sərkisyanı qorumadı və onun istefasını kənardan seyr etdi:
“Kremldən keçmiş baş naziri müdafiə edən heç bir açıqlama verilmədi. Ancaq Moskva indi düyməyə basıb. Çünki Rusiya anlayır ki, Ermənistanda baş verən hadisələr anarxiyaya aparır. Ona görə də Rusiya Prezidenti Vladimir Putin erməni həmkarı Armen Sərkisyana zəng edib, xarici işlər naziri Edvard Nalbəndyanı isə təcili Moskvaya çağırıb”.

Politoloqun sözlərinə görə, Kremlin bu addımının iki məqsədi var:

“Birincisi, Ermənistandakı vəziyyət və hakimiyyətin planları barədə informasiyaları ilk əldən almaq istəyirlər, ikincisi də İrəvana edilən telefon zəngləri ilə Qərb dövlətlərinə mesaj yollayrlar ki, Ermənistanın taleyini Kreml həll edir və başqa dövlətin bu ölkədə işi olmasın”.

Qeyd edək ki, dünən Ermənistan Prezidenti Armen Sərkisyan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparıb. Ermənistanın Xarici İşlər naziri Edvard Nalbəndyan isə Moskvaya gedib.
loading...
XƏBƏR LENTİ