22 apr 08:04region

İrəvandakı aksiyaları Sərkisyan təşkil edib – Şərh

İrəvandakı aksiyaları Sərkisyan təşkil edib – ŞərhErmənistanın paytaxtı İrəvanda keçirilən kütləvi itaətsizlik aksiyaları sadəcə olaraq bir siyasi gedişdir. 9 gündür davam edən aksiyaları Sərkisyanın idarə etdiyi aydın məsələdir.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Arzu Nağıyev Ermənistanda davam edən etiraz hərəkatını şərh edərkən deyib. O bildirib ki, Ermənistanda keçirilən mitinqlər dırnaqarası demokratiyanın göstəricisidir:

“Aksiyaların təşkilatçısı Nikol Paşinyan Etrmənistanda elə böyük siyasi fiqur deyil. Ona görə də onun hakimiyyətin devrilməsini həyata keçirə biləcəyi ilə bağlı iddiaları inandırıcı görünmür. Biz bilirik ki, məxməri inqilab mütləq şəkildə xaricdən idarə olunmalıdır. Ermənistanda keçirilən aksiyaların isə məxməri inqilab olmasından söhbət belə gedə bilməz. Hətta ABŞ Dövlət Departamenti səviyyəsində açıqlama verildi və İrəvanda keçirilən aksiyalar haqqında fikir bildirildi. Açıqlamada hər hansı bir müdaxilədən söhbət getmədi”.

Politoloqun sölərinə görə, Rusiyanını bu məsələdə marağı olmasa, heç bir halda Sərkisyan istefa verməyəcək:

“Aksiyaların təşkilində əsas məqsədin Qarabağ klanının hakimiyyətdən uzaqlaşdırılması istiqamətində müvafiq addımların atılması olduğu qeyd edilir. Lakin bu gün Ermənistanda istər güc strukturları, istərsə də digər qurumlar hamısı Qarabağ klanının inhisarındadır. Siyasi aksiyaları keçirməkdə müxalifətin əsas məqsədi isə demokratik bir dövlət olduqlarını dünyaya nümayiş etdirməkdir. Bu mitinqlərin təşkilində Sərkisyanın da əli olduğunu istisna etmirəm”.

Politoloq vurğulayıb ki, müəyyən müddət keçdikdən sonra Ermənistandakı bu “aksiya”lar sakitləşəcək:

“Maraqlısı odur ki, 9 gündür gedən aksiyalarda heç bir nəfərin belə ölüm faktı qeydə alınmayıb, hər hansı böyük qarşıdurma yaşanmayıb. Ona görə də bu aksiyaların Sərkisyanın istefası ilə nəticələnəcəyi inandırıcı deyil. Ölkədə baş verən hadisələr sadəcə rus elitasının dəstəyi ilə yenidən hakimiyyətə gələn Sərkisyanın “mitinq fırıldağı”dır. Ola bilər ki, gələcək günlərdə aksiya liderləri ilə görüşlər keçirilsin, danışıqlar aparılsın və onların müəyyyən istəkləri yerinə yetirilsin. Bunun belə nıticələnəcəyi gözlənilir”.

Qeyd ki, İrəvanda Serj Sərkisyanın hakimiyyəti baş nazir kimi yenidən qəsb etməsinə qarşı aprelin 13-dən davamlı aksiyalar keçirilir. Paşinyanın rəhbərliyi altında baş tutan aksiyalarda polis zorakılığı müşahidə olunur. Yüzlərlə aksiya iştirakçısı həbs edilib.
loading...
XƏBƏR LENTİ
22-06-2018, 15:27