20 apr 09:59region

Etirazların yeni dalğası: Ermənistan küçələrə axışır - FOTO

Etirazların yeni dalğası: Ermənistan küçələrə axışır - FOTOGümrü, Vanadzor və Ermənistanın digər şəhərlərində etiraz aksiyaları bu gün də davam edir.

Gümrüdə gənclər küçələrə axışıb. Onlar tətilə çıxmaq və mübarizəyə qoşulmaqla bağlı çağırışlar səsləndiriblər.

Bununla bağlı Oxu.Az Ermənistan mətbuatına istinadla xəbər verir.

Gənclər şəhərin mərkəzi küçəsindən Teatr meydanına doğru yürüş ediblər. Polis qüvvələri gücləndirilmiş növbətçiliklə asayişi qorumağa çalışırlar.

Dünən polislərin aqressiyası ilə qarşılaşan Vanadzorda aksiyalar davam edir.

Maraqlıdır ki, etiraz aksiyaları Respublika partiyasının seçkilərdə yüksək səs faizi əldə etdiyi Yexeqnadzor, Qafan, Armavir kimi şəhərlərdə də başlayıb. Ermənistan mediası bu dalğanın qarşısının alınmasının mümkün olmayacağını qeyd edib.
loading...
XƏBƏR LENTİ
Dünən, 15:42
Dünən, 09:47