17 apr 14:41region

Ermənistanda məxməri inqilab başladı - Dövlət qurumları mühasirəyə alındı (Yenilənir)

Ermənistanda məxməri inqilab başladı - Dövlət qurumları mühasirəyə alındı (Yenilənir)İrəvanda etirazçılar dövlət qurumlarının binalarını mühasirəyə alıblar.

Ölkənin prokurorluğu, Xarici İşlər Nazirliyi və Dövlət Gəlirləri Komitəsinin binası mühasirəyə alınıb.

"Mənim addımım” hərəkatının üzvləri Nikol Paşinyanın bəyanatından sonra hökümət binalarını mühasirəyə almağa davam edirlər.

***

Ermənistan parlamentinin deputatı, müxalif "Vətəndaş dialoqu” partiyasının lideri, sabiq prezident Serj Sarkisyanın baş nazir postuna namizədliyinə qarşı etiraz hərəkatına başçılıq edən Nikol Paşinyan respublikada "inqilabi vəziyyətin” yarandığını bildirib.

Nikol Paşinyan hazırda bütün güc strukturlarının parlament qarşısına toplandığını bildirib.

"Onlar bizi gözləyir. Lakin biz başqa cür hərəkət edəcəyik. Biz indi yürüş edib digər hökumət binalarının işini iflic edəcəyik”, - deyə Paşinyan əlavə edib.

Müxalifət lideri aksiya iştirakçılarının zorakılığı istisna etməli olduqlarını vurğulayıb/azvision.
loading...
XƏBƏR LENTİ