14 apr 07:46region

Köçaryan böyük siyasətə qayıdır

Köçaryan böyük siyasətə qayıdırErmənistanın sabiq prezidenti Robert Köçaryan böyük siyasətə qayıdır.

Bu barədə "Qraparak" qəzeti öz mənbələrinə istinadla xəbər yayıb.

Qəzet yazır ki, bu günlərdə sabiq xarici işlər naziri Vardan Oskanyan və Robert Köçaryan intensiv formada böyük siyasətə qayıtmağın perespektivləri üzərində işləyir.

“Ehtimal edilir ki, Vardan Oskanyan ən yaxın günlərdə yeni partiyalarının yaradılması barədə açıqlama verəcək”, - deyə nəşr yazır.

Bundan əvvəl Ermənistan KİV-i məlumat yaymışdı ki, Robert Köçaryan Dağlıq Qarabağda döyüşlər başladıqdan sonra Rusiyadan Ermənistan qayıdıb. Köçaryan həmin vaxt bildirmişdi ki, Sarkisyanla görüşmək niyyətində deyil. O, Azərbaycan ordusu ilə baş verən döyüşlərdə Ermənistan hərbçilərinin buraxdığı səhvlərə diqqət çəkmişdi.

Köçaryanın bir neçə dəfə böyük siyasətə qayıtması barədə məlumatlar yayılsa da təsdiqini tapmayıb. Amma o, bir müddət əvvəl siyasətə qayıdışı istisna etmədiyini bildirmişdi.

“Siyasətdə deyirlər ki, heç vaxt heç vaxt söyləmə. Mən hazırkı statusumda özümü əla hiss edirəm, lakin hadisələrin necə inkişaf edəcəyini söyləməkdə çətinlik çəkirəm. Yenidən qayıdıb, hadisələrin yükünü üzərinə götürmək kimi bir arzum hələlik yoxdur, amma bu, istisna da deyil”, - deyə o bildirmişdi.

Robert Koçaryan 1998-ci ildə Levon Ter-Petrosyan məcburən istefaya göndərildikdən sonra Ermənistan respublikasının prezidenti seçilmişdi. O, 30 mart 1998-ci ildən 9 aprel 2008-ci ilədək bu vəzifəni tutub. 9 aprel 2008-ci ildə səlahiyyət müddətinin başa çatması ilə əlaqədar prezident vəzifəsindən gedib. Ermənistan müxalifəti Köçəryanın prezident seçildiyi hər iki seçkini saxtalaşdırılmış və qanunsuz seçki hesab edir.

Robert Köçəryanın hakimiyyəti dövründə Ermənistanda yerləşən bir çox müəssisə Ermənistanın Rusiyaya olan borcunu ödəmək məqsədi ilə Rusiyaya verildi ki, bu da ölkənin Rusiyadan asıllığını daha da gücləndirdi.

Köçəryanın yenidən siyasi səhnəyə qayıtması əsasən cəbhə xəttində baş verən son gərginlikdən sonra gündəmə gəlib.


ans press
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ
Bu gün, 10:51