26 mar 18:20region

14 ölkə rus diplomatlarını qovur

14 ölkə rus diplomatlarını qovurBöyük Britaniyanın xeyrinə casusluğa görə daha əvvəl ittiham edilmiş Rusiyanın Baş Kəşfiyyat İdarəsinin (QRU) sabiq polkovniki Sergey Skripal və onun qızının Londonda zəhərlənməsindən sonra Moskvaya ilə diplomatik böhran hər keçən gün böyüyür.

Mia.az xarici mətbuata istinadən xəbər verir ki, Böyük Britaniyanın 23 rus diplomatını qovmasından sonra ABŞ və Avropanın 14 önəmli ölkəsi də eyni addımı təkrarlayan qərar qəbul edib.

Belə ki, ABŞ prezidenti Donald Tramp ABŞ-dakı 60 rus diplomatını ölkədən çıxaracaqlarını, eyni zamanda Rusiyanın Seattledəki konsulluğunu da bağlayacaqlarını bəyan edib. Tramp konsulluğun qapadılmasını, onun ABŞ Hərbi Donanmasının bazasına yaxınlıqda yerləşməsi ilə əlaqələndirsə də, rus diplomatlarının qovulmasını Britaniya dəstək məqsədi daşıdığını bəyan edib.

Bu arada Avropa Birliyinin rəhbəri Donald Tusk da bəyanat verib. O, Avropa Birliyinə daxil olan 14 ölkənin rus diplomatlarını qovmaq qərarı aldıqlarını bildirib.

Artıq Fransa və Almaniya İngiltərəyə dəstək üçün hər biri 8 rus diplomatını ölkədən çıxarıb.

Bu barədə Almaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Alman nazir Heiko Maas bildirib ki, Sergey Skripal və qızının zəhərlənməsindən sonra Rusiya prosesə şəffaflıq gətirən heç bir addım atmayıb. Ona görə də rəsmi Berlin 4 rus diplomatını ölkədən çıxarılmasına qərar verib: "Əlbəttə, biz bu qərarı asanlıqla vermədik...".

Qeyd edək ki, AB-dən verilən açqılamadan sonra Polşa, Ukrayna Çexiya, Latviya, Estonya və Hollandiya da bəlli sayda rus diplomatını ölkədən çıxarıb.

Beləliklə, hələlik rus diplomatlarının faktiki ölkəsindən çıxaran ölkələr aşağıdakılardır. Yaxın saatlarda isə 14 ölkədən nə qədər rus diplomatının çıxarılacağı da açıqlanacaq:

Britaniya - 23
Almanya - 4
Fransa - 4
Ukrayna - 13
Çexiya - 3
Polşa - 4
Latviya - 1
ABŞ - 60
Danimarka - 2
Hollandiya - 2
İtaliya - 2
Estonya - 1

Bu arada isə rəsmi Moskvadan ilk olaraq ABŞ-ın addımına qarşı sərt etiraz gəlib.

Belə ki, Rusiyanın ABŞ-dakı səfriliyi bəyanat yayaraq, ABŞ-ın 60 rus diplomatına qarşı qərarının münasibətləri tam bitirdiyini açıqlayıb: "ABŞ bu addımı ilə Rusiya ilə münasibətlərdə qalan çox kiçik bir qismi də yerləbir etdi".

Rusiya XİN bəyanat yayaraq, Qərb ölkələrinin bu addımını düşməncə və təxribatçı sayıb. Bəyan edilib ki, bu addımlar cavabsız qalmayacaq...
loading...
XƏBƏR LENTİ
Dünən, 13:10