17 mar 19:51region

Saakyan terrorçu liderlərlə ABŞ-da görüşdü

Saakyan terrorçu liderlərlə ABŞ-da görüşdüDağlıq Qarabağ separatçılarının lideri Bako Saakyan dünən Vaşinqtonda ermənilərin Ramkavar-Azatakan Partiyasının nümayəndələri ilə görüşüb.

Axar.az xəbər verir ki, görüşdə əsas müzakirə mövzusu Qarabağla ABŞ arasında münasibətlərin dərinləşməsi, diaspor ilə əlaqələr olub.

Qeyd edək ki, Ramkavar-Azatakan ermənilərin ilk partiyasıdır. Bu partiya ilk dəfə 1885-ci ildə Vanda “Armenakan” adı ilə yaradılıb. Təşkilatın əsas ideologiyası millətçilik olub. Vanda, Trabzonda, Muşda və Bitlisdə teraktlar həyata keçirib. Partiyanın əsas məqsədi “Qərbi Ermənistan” dövləti yaratmaq olub. Armenakanın Osmanlı imperiyası ilə bərabər Qafqaz, Təbriz, Salmas, ABŞ, Bolqarıstan və Misirdə nümayəndəlikləri olub. Birinci Dünya müharibəsi zamanı Osmanlının şərq ərazilərinin Rusiyaya verilməsi üçün silahlı mübarizə aparıblar.

Partiya 1921-ci ildə Qnçak Partiyası ilə birləşərək Ramkavar-Azatakan adını alıb.
loading...
XƏBƏR LENTİ