14 mar 18:05region

250 əlilə əlil arabası veriləcək

250 əlilə əlil arabası veriləcəkBu gündən başlayaraq ümumilikdə 250 əlilliyi olan vətəndaşlara əlil arabası veriləcəkdir.

Avrasiya.net xəbər verir ki, Gürcüstan Müsəlmanları İdarəsinə müraciət edənlərdən 70 əlilə artıq bu gün əlil arabası təqdim olundu. Təqdimat zamanı Gürcüstan Müsəlmanları İdarəsisinin şeyx və müftiləri, Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri, Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri və din müşavirliyi iştirak etmişdir.

Gürcüstan Müsəlmanları İdarəsisinin təşəbbüsü və Türkiyənin ölkəmizdəki Səfirliyinin Din müşavirliyi ilə birgə təşkilatçılıq sayəsində 40 azyaşlı, 200 böyüklər üçün və 10 elektron variant olmaqla əlil arabalarının ayın sonuna qədər təqdim olunması nəzərdə tutulubdur.
Gürcüstan Müsəlmanları İdarəsi bu xeyriyyə proqramına dəstək verən Dini Məsələlər üzrə Dövlət Agentliyinə, Türkiyənin ölkəmizdəki səfirliyinə Təşəkkür edib, minnətdarlığını bildirir.

Qeyd edək ki ötən illərdə də Gürcüstan Müsəlmanları idarəsi onlarla əlil arabası alıb əlilliyi olan vətəndaşlara təqdim etmişdir. Bu xeyriyyə proqramının gələcəkdə də davam edəcəyi nəzərdə tutulub.
250 əlilə əlil arabası veriləcək
loading...
XƏBƏR LENTİ