14 mar 17:26region

Britaniya 23 Rusiya diplomatını deportasiya edir

Britaniya 23 Rusiya diplomatını deportasiya edirBöyük Britaniya Rusiyanın 23 diplomatını deportasiya edir.

Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, bu haqda Britaniyanın baş naziri Tereza Mey bildirib.

Qərar Böyük Britaniyanın xeyrinə casusluğa görə daha əvvəl ittiham edilmiş Rusiyanın Baş Kəşfiyyat İdarəsinin (QRU) sabiq polkovniki Sergey Skripal və onun qızının Londonda naməlum maddəylə zəhərlənməsi ilə bağlıdır.

"Bu şəxslərin hamısı qeydə alınmayan casuslardır. Onların Britaniyanı tərk etməsi üçün bir həftə vaxtı var. Rusiyaya Skripalla bağlı baş verənləri izah etmək üçün imkan verdik, amma onlar bizə heç bir açıqlama vermədilər ki, Skripalın zəhərlənməsində istifadə edilən qazlar necə Britaniyada peyda olub” - o deyib.

Tereza Mey martın 12-də Böyük Britaniya parlamentinin İcmalar palatasında çıxışı zamanı bildirib ki, zəhərlənməsi işi üzrə Rusiyadan iki gün ərzində izahatları gözləyir.

İngilis KİV-inin yazdığına görə, Moskvaya qarşı bir sıra addımların atılması nəzərdən keçirilir.
loading...
XƏBƏR LENTİ