14 mar 12:05region

Ermənistanda milli azlıqların hüquqları tapdalanır

Ermənistanda milli azlıqların hüquqları tapdalanır Ermənistanda yaşayan milli azlıqlar yeni idarəetmə sistemindən və ölkədə baş verən dəyişikliklərdən narazıdırlar. Onlar öz etirazlarını Ermənistan parlamentinin deputatlarına ünvanladıqları açıq məktubda ifadə ediblər.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, sözügedən məktubda Ermənistanın prezident idarəetmə üsulundan parlament idarəetmə üsuluna keçməsi ilə milli azlıqların əldə etdiyi hüquq və imkanların məhdudlaşdırılacağı qeyd olunub.

Bildirilib ki, bu vaxtadək milli azlıqlarla iki dövlət orqanı məşğul olub. Onlardan biri prezident administrasiyası yanında milli azlıqların milli-mədəni təşkilatlarını tənzimləyən şura (aktiv fəaliyyətdədir), digəri ictimai şuranın milli azlıqlar məsələləri üzrə komissiyasıdır (fəaliyyət göstərmir).

Dəyişikliyə əsasən, aktiv fəaliyyət göstərən milli azlıqların milli-mədəni təşkilatlarını tənzimləyən şura ləğv edilir, praktiki fəaliyyət göstərməyən ictimai şuranın milli azlıqlar məsələləri üzrə komissiyanı isə bərpa etməyə çalışırlar.

Məktubda qeyd edilib ki, milli azlıqların dövlətin müdafiə və qayğısına ehtiyacları var: “Dövlət tərəfindən aktiv fəaliyyət göstərən bu qurum ləğv edilməklə milli azlıqlar hüquqlarından məhrum ediləcək".

Milli azlıq nümayəndələri Ermənistanın müvafiq orqanlarına müraciət edərək, onların hüquq və səlahiyyətlərini məhdudlaşdırmamağa çağırıblar. Müraciəti Ermənistan prezident administrasiyası yanında milli azlıqları tənzimləmə şurasının 14 üzvü imzalayıb.

İrina Saqradova - Qasparyan Aysor icması
İrina Poqosyan - Taboliç Belarus icması
Qalina Qavriloviç - Belarus icması
Viktor Vaxrer - Alman icması
Martin Minasyan - Alman icması
Liana Harutyunyan - Polşa icması
Dculia Dombayan - Polşa icması
Anna Harutyunyan - Ukrayna icması
Sergey Raçko - Ukrayna icması
Rima Varjapetyan - Yəhudi icması
Villi Vayner - Yəhudi icması
Aida Harutyunyan - Rus icması
Marina Kamisidi-Qalstyan Yunan icması
Svetlana Namçevadze - Gürcü icması
loading...
XƏBƏR LENTİ