12 mar 18:53region

İsrail savaşa hazırlaşır: Orduya həyəcan verildi

İsrail savaşa hazırlaşır: Orduya həyəcan verildiİsrail mümkün müharibə təhlükəsinə qarşı hazırlıq məqsədi ilə genişmiqyaslı hərbi təlimlərə start verib.

Axar.az xəbər verir ki, ötən gecə İsrail ordusu həyəcan siqnalı ilə qaldırılaraq təlim meydanlarına göndərilib.

Qəzza zolağı yaxınlığında yerləşən yəhudilərin yaşadığı ərazilər hərbi təlimlərin keçirildiyi bölgəyə daxil edilməyib. Təlimlərə həmçinin mülki insanların təxliyəsi üzrə ixtisaslaşan xüsusi ordu birləşmələri də cəlb olunub.

Qeyd edək ki, bir qədər əvvəl İsrail ABŞ ordusu ilə birlikdə Livan və Qəzza zolağından gələ biləcək hər hansı təhdidə hazırlıq məqsədilə təlimlər keçirmişdi.
loading...
XƏBƏR LENTİ