22 fev 11:48region

İran azərbaycanlı naziri Bakıya niyə göndərdi? - Şərh

İran azərbaycanlı naziri Bakıya niyə göndərdi? - ŞərhƏmir Hatəmi İranda müdafiə naziri vəzifəsinə yeni təyin olunub və ilk xarici səfərini Azərbaycana reallaşdırıb. O, əslən azərbaycanlıdır.

Avrasiya.net xəbər ki, bu sözləri İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri general-mayor Əmir Hatəminin Bakıya səfərini şərh edən politoloq Elxan Şahinoğlu deyib. Siyasi şərhçinin sözlərinə görə, İranın müdafiə nazirinin ilk xarici səfərini Azərbaycana reallaşdırmasının başqa əhəmiyyəti də var:

“İran şimal sərhədindən arxayın olmaq istəyir. Çünki Suriyada müharibə davam etdikcə İranın İsrail və ABŞ-la münasibətləri getdikcə gərginləşir. ABŞ və İsrail İranı Suriyadakı müxtəlif silahlı qruplara dəstək verməkdə, o cümlədən İsraili təhdid etməkdə ittiham edir. Tehran bu ittihamları rədd etsə də, vəziyyət sabitləşmir. Bugünlərdə başa çatan Münhen Təhlükəsizlik Konfransında İrana iki xəbərdarlıq mesajı ünvanlandı. ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Herbert Makmaster İrana qarşı hərəkətə keçməyin vaxtı gəldiyini dedi. Ondan sonra çıxış edən İsrailin Baş naziri Benyamin Netanyahu da eyni sözləri təkrarladı. Buna görə də İran təhlükəsizlik tədbirlərini gücləndirmək məcburiyyətindədir. ABŞ və İsrail Azərbaycana dost və tərəfdaş dövlətlərdir. Rəsmi Bakı Azərbaycanın müxtəlif ölkələrlə əməkdaşlığının İrana qarşı yönəlmədiyini hər dəfə vurğulasa da, iranlı rəsmilər bunu hər dəfə yerində yoxlamaq istəyirlər”.

Qeyd edək ki, İranın Müdafiə və Silahlı Qüvvələrə dəstək naziri, general-mayor Əmir Hatəminin rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 21-də Azərbaycanda səfərdə olub. İranlı nazir əvvəlcə Prezident İlham Əliyev, daha sonra Müdafiə naziri Zakir Həsənovla görüşüb.
loading...
XƏBƏR LENTİ