16 fev 15:33region

Xocalı soyqırımı ilə bağlı Türkiyədə bir sıra tədbirlər keçiriləcək

Xocalı soyqırımı ilə bağlı Türkiyədə bir sıra tədbirlər keçiriləcəkXocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar Türkiyədə “Unutmamaq və unutdurmamaq” şüarı ilə tədbirlər keçiriləcək.

Bu barədə mediaya açıqlamasında Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar məlumat verib. O qeyd edib ki, fevralın 26-da Kocaeli vilayətinin Körfəz rayonunda Xocalı parkının və Şəhidlər abidəsinin açılışı olacaq. Həmçinin Körfəz Mədəniyyət Mərkəzində Xocalı soyqırımı ilə bağlı iclas keçiriləcək, fotosərgi təşkil ediləcək.

Fevralın 27-də isə Sakarya şəhərində Azərbaycan Dostluq Parkının və Şəhidlər abidəsinin açılışı olacaq. Həmin gün Sakarya bölgəsinin Qarasu qəsəbəsində Qarabağ prospektinin açılışı olacaq. Bundan başqa, fevralın 28-də İzmir Karşıyakada Azərbaycan Dostluq Parkının və ümummilli lider Heydər Əliyevin büstünün açılışı olacaq.
loading...
XƏBƏR LENTİ