15 fev 11:11region

İsrail "erməni soyqırımı”nı tanımaqdan imtina etdi

İsrail "erməni soyqırımı”nı tanımaqdan imtina etdiİsrail Knesseti fevralın 14-də "erməni soyqırımı"nın tanınması ilə bağlı qanun layihəsini rədd edib.

Bu barədə "Jerusalem post" xəbər yayıb.

"Knesset "Yeş Atid" partiyasının sədri Yair Lapidin irəli sürdüyü erməni soyqırımı layihəsini rədd edib", - deyə məlumatda bildirilir.

İsrailin xarici işlər nazirinin müavini Tsipi Xotoveli bəyan edib ki, "soyqırımı"na həsr edilmiş tədbirlərdə iştirak etmək üçün 2015-ci ildə Yerevana nümayəndə heyəti göndərilsə də, məsələnin son dərəcə siyasi xarakter daşıdığını və diplomatik fəsadlara gətirib çıxaracağını nəzərə alaraq İsrail adıçəkilən məsələ ilə bağlı rəsmi mövqe tutmayacaq.(APA)
loading...
XƏBƏR LENTİ
21-05-2018, 21:24