14 fev 16:07region

Casuslar İranın nüvə obyektini kərtənkələ ilə axtarıb - General

Casuslar İranın nüvə obyektini kərtənkələ ilə axtarıb - GeneralXarici ölkələr kərtənkələdə İranın nüvə obyektlərini tapmaq üçün istifadə edirlər.

Axar.az xəbər verir ki, bunu İLNA agentliyinə müsahibəsində İran Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi Həsən Firuzabadi söyləyib.

“İrana bir müddət əvvəl Fələstinə pul yığmaq adıyla bir qrup şəxs gəlmişdi. Onlar ölkədə qeyri-adi marşrutlarla hərəkət edirdilər. Bu isə İran hüquq-mühafizə orqanlarının şübhəsinə səbəb olmuşdu. Bu şəxslər İsfahandan Tehrana getmək əvəzinə səhrada gəzməyə başlamışdılar. Aktivistlər Tehrana döndükdən sonra biz onların ölkəni tərk etməsinə izn verdik, amma onlardan bütün əşyalarını aldıq. Bu əşyalar arasında kərtənkələlər var idi. Sürünənlər nüvə şüalanmasını asanlıqla ələ keçirmək imkanındadırlar. Ona görə də belə qənaətə gəldik ki, kərtənkələ sahibləri casus olublar və düşmənlərimiz onların vasitəsilə uran şaxtaları və nüvə obyektlərimizin yerlərini müəyyən etməyə çalışıblar”, – deyə o bildirib.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ