13 fev 20:35region

ABŞ qərarını geri götürməsə... - Politoloq

ABŞ qərarını geri götürməsə... - PolitoloqMəhəmməd Əsədullazadə
politoloq

ABŞ Konqrensi Pentaqonun təklifi ilə şimali Suriyada YPG terror təşkilatına 500 milyon dollar yardım ayırıb. ABŞ-ın maliyyə yardımı "Suriya Demokratik Qüvvələr" adlandırılan YPG-nin Türkiyəyə qarşı gücləndurməsinin bir daha sübut etdi.

Bu maliyyə yardımı dövlət katibi R.Tillersonun Türkiyəyə gözlənilən səfəri öncəsi və prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşavirinin Ankarada rəsmlərlə apardığı danışıqlar fonunda ayrılması gpstərir ki, terror təşkilatına dəstək bundan sonrada davam edəcək. Və, Ankara ilə aparılan danışıqlarda YPG dəstəkdən vaz keçilməyəcək.

Vaşinqtonun terror təşkilatına yardım siyasəti Türkiyənin "Zeytun budağı" əməliyyatına cavabıdır. Qeyd edim ki, Tillersonun Yaxın Şərq turnesi çərçivəsində Türkiyəyə səfəri, aparılacaq danışıqlar bundan sonra nəticəsiz başa çatağı istisna deyil. ABŞ qərarını geri götürməsə Ankara Vaşinqton əlaqələri daha da kəskinləşəcək.

Prezident Tramp Ərdoğana YPG ilə verdiyi sözü tutmaması onun siyasi iradəsindən xaric məsələdi. Türkiyəyə qarşı YPG-nin silahlandırılmasını həyata keçirən Pentaqon xüsusi ilə "quduz it" ləqəbli müdafiə naziri Ceyms Mattis əsas füqurdu. Mattis Yaxın Şərq üzrə ABŞ-ın əsas müharibə strateqidir. Qeyd edərdim ki, general Mattis hətta Türkiyə ilə açıq hərbi qarşıdurmaya getməyə hazır olan şəxsdi.

Göründüyü kimi Vaşinqton-Ankara müttəfiqliyi sözdədir. Vaşinqton Türkiyəyə qarşı düşməncəsinə hərəkət edir.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ