13 fev 11:29region

İranda cadugərlik ittihamı ilə daha bir nəfər edam edildi

İranda cadugərlik ittihamı ilə daha bir nəfər edam edildiİranda özünü "təriqət şeyxi" olaraq tanıdıb insanların dini hisslərindən istifadə edərək maddi qazanc əldə etdiyi səbəbilə bir nəfər edam edilib.

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, İnqilab Məhkəməsinin "psixoloji cəhətdən problemi olan insanları sehr və cadu yoluyla müalicə etdiyini deyərək qadınları cinsi istismar etmək və qurduğu saxta təriqəti idarə etməkdə" ittiham etdiyi kişi edam edilib.

Edam edilən "saxta təriqət şeyxi"nin kimliyi haqqında məlumat verilməsə də onun arvadı üçün də eyni ittihamla edam qərarı çıxarıldığı bildirilib.

İranda sehr və cadu ilə məşğul olnalara ağır cəza verilir.
loading...
XƏBƏR LENTİ