13 fev 10:33region

Dəhşət: Azərbaycanlı ailə yanaraq öldü - VİDEO

Dəhşət: Azərbaycanlı ailə yanaraq öldü - VİDEORusiyada baş verən güclü yanğın zamanı azərbaycanlı ailənin üzvləri yanaraq ölüb.

Publika.az xəbər verir ki, hadisə Orenburq şəhərində, Salmışskaya küçəsində, yaşayış binasının 9-cu mərtəbəsində baş verib.

Hadisə zamanı bir ailənin 4 üzvü yanaraq ölüb. Onlardan 2-si (3 yaşlı qız və 6 yaşlı oğlan) uşaqdır.

Yanğın zamanı daha 7 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan 4-ü yetkinlik yaşına çatmayanlardır. Hadisənin başvermə səbəbləri araşdırılır. Yanğın lokallaşdırılıb.

Qonşuların sözlərinə görə, bu ailədə 2016-cı ildə daha bir faciə yaşanıb. Belə ki, həmin ilin mayında ailənin azyaşlı övladı yuxarı mərtəbədən yıxılıb.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ