13 fev 10:21region

İranlı qadın futbol matçını izləmək üçün kişi paltarı geyindi

İranlı qadın futbol matçını izləmək üçün kişi paltarı geyindiİranlı fanat Şəbnəm futbol matçına baxmaq üçün özünü dəyişdirib.

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, o bildirib ki, hökumət qadınlara matçlara qatılmağa qadağa qoyur.

"Sonda mən bütün çətinliklərə rəğmən bir gün insan olmaq qərarına gəldim və kişi paltarı geyinib matça getdim", deyə Şəbnəm açıqlayıb.

İranda qadınlar futbol matçlarında sərbəst iştirak etmək hüququ üçün mübarizə aparırlar. Qadağaya görə ilk etiraz aksiyası 2005-ci ildə keçirilib. O zaman, ölkənin prezidenti Mahmud Əhmədinejad, İranın bu istəkləri qəbul edəcəyini vəd etmişdi. Ancaq qadağa qüvvədə qalıb.
loading...
XƏBƏR LENTİ