26 yan 11:15region

Yeddi günün nəticələri açıqlandı - 343 terrorist məhv edilib

Yeddi günün nəticələri açıqlandı - 343 terrorist məhv edilibTürkiyə Silahlı qüvvələri və Azad Suriya Ordusu (ASO) Suriyanın Afrin bölgəsində həyata keçirdiyi “Zeytun budağı” əməliyyatında PYD terrorçularına ağır zərbələr vurmaqda davam edir.

"Publika" “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Türkiyə Silahlı qüvvələrinin Baş qərargahından verilən məlumata görə, bu günə qədər 343 terrorçu öldürülüb.

Əməliyyatın 7-ci günündə 13 döyüş təyyarəsi ilə terrorçulara aid 23 hədəf məhv edilib.

Qeyd edək ki, “Zeytun budağı” əməliyyatı yanvarın 20-də başlayıb.
loading...
XƏBƏR LENTİ