22 yan 18:03region

Afrin əməliyyatı Ermənistanı qorxuya salıb - Sabah Qarabağda...

Afrin əməliyyatı Ermənistanı qorxuya salıb - Sabah Qarabağda...Türkiyənin uğurlu Afrin əməliyyatı Ermənistanı təşvişə salıb.

"Publika" xəbər verir ki, ermənilər Türkiyənin güclənməsindən və gələcəkdə Dağlıq Qarabağın azad olunmasına töhfə verməsindən qorxurlar.

Erməni siyasi şərhçi K.Ambartsum Amerikanı Türkiyənin qarşısını almamaqda ittiham edib.

“Türkiyə Afrində quru əməliyyatına başladı. Hazırda türk ordusu uğurlu hücumlarını davam etdirir. Türkiyə baş naziri Binəli Yıldırımın dediyi kimi, bölgədə təhlükəsizlik zonasını yaratmaq üçün əməliyyat 4 mərhələdə həyata keçiriləcək. Rusiya bu əməliyyatı dəstəkləyir, Amerika isə Türkiyənin qarşısında geri çəkilir. Ankara Vaşinqtonu güclü şillə ilə qarşıladı. Bu, faktiki olaraq, Türkiyənin güclənməsi və gələcəkdə istədiyi addımı atmasına imkan yaradır. Baş verənlər Ermənistan üçün də ciddi təhlükə deməkdir. Görünür, sabah Ankara və Bakı Qarabağda hərbi əməliyyata başlasa, Türkiyənin gücü qarşısında heç kim səsini çıxara bilməyəcək və heç kim Ermənistanı müdafiə etməyəcək”, - deyə o bildirib.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ
Bu gün, 10:51