17 yan 16:47region

Türkiyədə hərbi təyyarə qəzaya uğradı - Ölənlər var

Türkiyədə hərbi təyyarə qəzaya uğradı - Ölənlər varTürkiyənin İsparta bölgəsində təlim üçün istifadə edilən CASA tipli hərbi təyyarə qəzaya uğrayıb.

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Əskişəhərdən qalxan CASA tipli təlim təyyarəsinin Yalvaç və Çay qəsəbələri arasında qəzaya uğraması nəticəsində 2 pilot və 1 texniki işçi həlak olub.

Təyyarənin qalxmasından qısa müddət sonra radardan itməsi nəticəsində əraziyə xeyli sayda xilasedici qrup sövq edilib. Hadisə yerinə çatan xilasedicilər təyyarənin dağıntıları ilə rastlaşıb. Təyyarənin qəzaya uğramasına səbəb kimi qatı duman göstərilir.

Qəzaya uğrayan təyyarənin CASA tipli CN 235 yük təyyarəsi olduğu bildirilir.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ
Bu gün, 10:51