17 yan 10:56region

Yelk fraksiyasını hərəkətə gətirən iş adamlarıdır - Analitik

Yelk fraksiyasını hərəkətə gətirən iş adamlarıdır - Analitik Ermənistanda bahalaşmanın əsas səbəbi bu ölkənin işğalçılıq siyasətini davam etdirməsidir. Məhz bu siyasət nəticəsində Ermənistan regionda həyata keçirilən bütün layihələrdən kənarda qalıb.

Bu sözləri Axar.az-a açıqlamasında analitik Elçin Mirzəbəyli deyib. Onun sözlərinə görə, hazırda Ermənistanı və ölkədən kənarda yaşayan erməni iş adamlarını narahat edən məsələ Rusiyaya qarşı tətbiq olunması gözlənilən növbəti sanksiyaların Ermənistana da təsir göstərə biləcəyidir:

“Hətta bəzi məlumatlara görə, sanksiyalar siyahısında bəzi erməni iş adamlarının adının yer alacağı da gözlənilir. Qənaətimə görə, müxalif Yelk fraksiyasını hərəkətə gətirən də Sərkisyan rejimi ilə bağlı olmayan iş adamlarıdır. Müxalif Yelk Blokunun üzvü olan deputatların erməni diasporu ilə yaxın əlaqələri var. Son dövrlərdə erməni diasporunun da Sərkisyan rejimi əleyhinə açıq və kəskin fikirlər səsləndirməsi prosesin əlaqəli olduğuna işarə edir. Kütləvi etirazların partlayış həddinə gəlib çatması ehtimalı həmişə var. Əslində, Ermənistanda sosial partlayış uzun illərdir ki, davam edir və bu partlayış hələlik özünü daha çox miqrasiyada büruzə verir. İnsanlar çıxış yolunu ölkəni tərk etməkdə görürlər”.

Qeyd edək ki, Ermənistanda avtomobil yanacağının həcmi artırılıb. Yanacağın qiymətinin artırılması ölkədə digər məhsullara da təsir göstərib. Nəticədə yeni ilin ilk günündən etibarən Ermənistanda bahalaşma başlayıb.

Artıq məsələ ilə bağlı erməni ekspertləri həyəcan təbili çalırlar. Ekspertlər bu bahalaşmanın sosial qiyam yaradacağını və bunun gələcəkdə siyasi qiyama keçəcəyini bildiriblər.
loading...
XƏBƏR LENTİ