13 yan 08:55region

Ermənistanda borcu olan ölülərin basdırılmasına icazə verilmir

Ermənistanda borcu olan ölülərin basdırılmasına icazə verilmirErmənistanın Eçmiadzin şəhərinin meri kredit borcu ilə bağlı öhdəliyi yerinə yetirməyən ölülərin basdırılmasına icazə vermir.

Report xəbər verir ki, bunu ölü sahiblərindən Ermənistan parlamentinin üzvü Manvel Qriqoryanın oğlu, Eçmiadzin şəhərinin meri Karen Qriqoryan tələb edir.

“Eçmiadzin şəhərinin meri Karen Qriqoryan ölənin yaxın qohumlarından torpaq və əmlak vergisini ödəməsini istəyib. Şəhərdə ölünü dəfn etməyə görə qohumu qəbiristanlıqdan torpaq verilməsi üçün merə müraciət edir. Onlardan ölünün vergi öhdəliyini yerinə yetirməsi tələb olunur. Adam ölüdürsə o vergini necə ödəyə bilər?! Bütün borcları ödəyəndən sonra ölmək və basdırılmaq olar. Şəhərdəki ölüxana, morq Karen Qriqoryana məxsusdur. O, ölü dəfni ilə məşğul olur. Şəhərdə dəfn bürolarındakı tabutun satışından tutumuş mərasim zalının icarəyə verilməsinədək bütün xidmətə mer və deputat nəzarət edir”.

Qeyd edək ki, Dünya Ermənilərinin Dini Mərkəzi Eçmiadzində yerləşir.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ