12 yan 11:01region

Ermənistan XİN: “Bizim yenə itkilərimiz var”

Ermənistan XİN: “Bizim yenə itkilərimiz var”"Hazırkı mərhələdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlarda irəliləyişə nail olunması barədə danışmaq çətindir".

AzVision.az “Aysor” nəşrinə istinadən xəbər verir ki, bunu Ermənistan parlamentində keçirdiyi brifinqdə xarici işlər nazirinin müavini Şavarş Koçaryan bildirib.
“İrəliləyişdən danışmaq çətindir, çünki hələlik tərəflər arasında qarşılıqlı inam atmosferi yoxdur. Bu cür atmosfer tamamilə yoxdur”, - deyə Koçaryan qeyd edib.

Onun sözlərinə görə, inamın yaranması üçün şərtlərdən biri atəşkəs rejiminə əməl olunmasıdır. Koçaryan qeyd edib ki, görüşlər ilk növbədə bu problemin həllinə - təmas xəttində gərginliyin azalmasına yönəlib:

“Bizim yenə itkilərimiz var. Lakin buna baxmayaraq, bu görüşlər cəbhədə gərginliyin səviyyəsinin azalmasına yardım edir”.

Koçaryan eyni zamanda qeyd edib ki, hazırda Ermənistan və Azərbaycan XİN rəhbərləri Nalbandyan və Məmmədyarovun görüş tarixi və yeri barədə məlumat verə bilməz. Lakin görüş yanvar ayının ortasında baş tutacaq.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ