12 yan 10:30region

ABŞ Rusiyaya belə bir qadağa qoya bilməz – Ekspert

ABŞ Rusiyaya belə bir qadağa qoya bilməz – EkspertABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalarının Moskva ilə hərbi-texniki əməkdaşlığı inkişaf etdirən ölkələrə təsir edəcəyini düşünürəm.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Arzu Nağıyev deyib.

“Azərbaycan da Rusiyadan silah və hərbi texnika alan ölkələr sırasındadır. Lakin ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalarının Moskva ilə Bakı arasındakı silah alqı-satqısına və ikitərəfli əlaqələrə təsir edəcəyi inandırıcı görünmür. Onsuz da bütün dünyada silah satışı ilə bağlı limit var. Təbii ki, o limit də pozulmur. O ki qaldı sanksiyalardan sonra Rusiya ilə hərbi-texniki əməkdaşlığı inkişaf etdirən ölkələrə silah satışının dayandırılmasına, əgər Moskvanın hər hansı bir dövlətlə silah müqaviləsi varsa, ABŞ buna hansı mexanizmlə qadağa qoya bilər?! ABŞ-ın hansısa tərəfdaşlarına qarşı yönəldilən silahdan söhbət gedərsə, bu, tamam başqa məsələdir”, - ekspert bildirib.

Qeyd edək ki, Amerikanın Xarici Siyasət Şurasının analitiki Stiven Blank ölkəsinin Rusiyaya qarşı yeni sanksiyalarının Cənubi Qafqaz ölkələri üçün təsirli ola biləcəyini, hətta Moskvadan silah və hərbi texnika alan Ermənistan və Azərbaycanın da bir sıra sürprizlərlə qarşılaşa biləcəyini bildirib.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ